DYP-dən polkovnikin döyülməsi ilə bağlı Açıqlama

3-03-2016, 17:57           
DYP-dən polkovnikin döyülməsi ilə bağlı Açıqlama
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov paytaxtda yol polisinin Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq etməsi haqda yayılan xəbərlərə aydınlıq gətirib.

DYP rəsmisi AzVision.az-a açıqlamasında hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar polkovnik Mehman Yusifov tərəfindən ötən gün axşam saatlarında Suraxanı rayonu Polis İdarəsinin 33-cü polis bölməsinə şikayət ərizəsi daxil olub.

“Hadisə ilə bağlı ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”-deyə V.Əsədov bildirib.

Qeyd edək ki, fevralın 24-də saat 23:00-da DYP müfəttişləri Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında Mehman Yusifovun avtomobilini saxlayıb. Polislər iddia ediblər ki, Yusifov yol hərəkəti qaydalarını pozub.

Polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislər yumruqlarını işə salıblar və hətta həmkarlarını köməyə çağırıblar.

Zərərçəkmişin sözlərinə görə, polis əməkdaşları ona bədən xəsarətləri yetiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru