Hacı Salayevin oğlu ilə bağlı İLGİNC İDDİA - Məmur balalarını belə əyləndirir...

3-03-2016, 18:03           
Hacı Salayevin oğlu ilə bağlı İLGİNC İDDİA - Məmur balalarını belə əyləndirir...
Deputat Hacı Salayevin oğlu Kənan Salayevin atasına məxsus "LAKE PALACE” otelində ölkənin elit dairələrinə aid olan məmurların övladları üçün qumar masası yaratdığı iddi olunur.
Kənan Salayevin yaxın dostu Ayazın ötən ay "LAKE PALACE”-də Aynar Məmmədova böyük məbləğdə pul uduzması da iddialar arasındadır.
Deputat Hacı Salayevin oğlu Kənan Salayev haqqında qalmaqallı xəbər yayaılıb. AzFakt.com saytına ünvanlanan həmin xəbərdə bildirilir ki, deputatın oğlu atasına məxsus "LAKE PALACE” otelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir. Bildirilir ki, oteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur və "Bakı kübarları”na aid olmayan heç kəs qumar masasına buraxılmır. Mənbə bildirir ki, əslində gecə saatlarında "LAKE PALACE” otelində qumar oynayan gənclər Kənan Salayevin dostları və tanıdıqlarıdır. Kənan Salayevin isə çoxdan Bakının gecə həyatında iz qoyan gənclərdən biri olduğu bildirilir.


Kənan Salayev

Mənbə bildirir ki, "LAKE PALACE” otelindəki qumar masalarını Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs idarə edir. Buna baxmayaraq Ayazın özünün də masada qumar oynadığı və bəxtinin də tez-tez gətirmədiyi idda olunur. Buna misal olaraq mənbə bildirir ki, fevral ayında Ayaz Aynar Məmmədova 30 min manat uduzub. Xatırladaq ki, Aynar Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Loğman Məmmədovun oğludur və Aynar Məmmədov məşhur "Bakı kübarları”ndan biri hesab olunur.


"LAKE PALACE” oteli

Mənbə həmçinin onu da qeyd edir ki, Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs təkcə "LAKE PALACE” otelindəki qumar masalarını idarə etmir. Həmçinin Hacı Salayevin "Xəzər” çörək zavodu da Ayazın idarəsindədir. Mənbə biddia edir ki, Ayaz adlı şəxs Kənan Salayevin ona olan hədsiz inamından istifadə edərək "Xəzər” çörək zavodunun gəlirlərini həm özünün, həm də Kənan Salayevin əyləncələrinə sərf edir. "Kənan Salayev vaxtının çoxunu xaricdə keçirdiyi üçün Ayaz rahatlıqla "Xəzər” çörək zavodunu öz zavodu kimi idarə edir və hər ay Hacı Salayevin biznesindən külli miqdarda vəsaiti özününküləşdirir”, deyə mənbə iddi edir.
Bildirək ki, deputat Hacı Salayevə məxsus "Xəzər" çörək zavodunda baş verən qanunsuzluqlarla bağlı və zavodu işlədən Ayazın Salayevlərə ayda nə qədər pul atması ilə bağlı saytımıza verilən ilginc məlumatı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Qeyd edək ki, bu iddiaları dəqiqləşdirməyə cəhd etsək də, bir çox səbəblərdən buna nail ola bilmədik. Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.