Məhkəmə Akif Çovdarovla bağlı qərar verdi

4-03-2016, 16:28           
Məhkəmə Akif Çovdarovla bağlı qərar verdi
Məhkəmə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun həbs müddəti uzadılıb.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Ləğv edilən MTN-in energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin sabiq rəisi 2016-cı ilin noyabrında 3 aylığa həbs olunmuşdu.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə də işi açılıb.

“MTN işi” ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20 nəfər isə təqsirləndirilən şəxs qismində həbs olunub. Onlardan bir çoxunun həbs müddəti uzadılıb.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra, onun bazası əsasında 2 qurum yaradılıb. BunlarDövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru