Gəlini milyonçu döydürüb? – Qayınata danışdı

4-03-2016, 16:40           
Gəlini milyonçu döydürüb? – Qayınata danışdı
Bizdən torpağımızı satmağı tələb edirlər, lakin bununla razılaşmırıq. Buna görə müxtəlif adamlar vasitəsilə bizə qarşı mütəmadi hücumlar olur. Dəfələrlə odlu silahla hücuma məruz qalmışıq. Bunu edən şəxs isə tanınmış milyonçudur.

Bu sözləri Axar.az-a Şəmkirin Qapanlı kənd sakini, naməlum şəxslər tərəfindən döyülən 1992-ci il təvəllüdlü Aysel Məmmədovanın qayınatası Fərmayıl Əliquzu oğlu Məmmədov deyib.

Onun sözlərinə görə, 1980-ci ildən bu vaxta qədər həmin şəxslər camaatın başına oyun aça-aça torpaqları su qiymətinə ələ keçirməklə məşğuldurlar:

“İndi isə sıra bizə çatıb. Öncə mənə aid olan hissəni xoşluqla verməyimi istədilər, etiraz edincə, bu hadisələr baş verməyə başladı”.

Qeyd edək ki, Qapanlı kənd sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova qarnının küt travması və hər iki biləyinin xəsarəti əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Ayselin qonşuluqda yaşayan bir neçə nəfər tərəfindən döyüldüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.