Yaponiya-Azərbaycan dostluğunun İsmayıllı istiqaməti

4-03-2016, 20:40           


teref.az - Yaponiya-Azərbaycan dostluğu əsasında İsmayıllı rayonunun İto şəhəri ilə qardaşlaşması hər iki tərəf üçün arzuolunan nəticələr verir. Təhsil, mədəniyyət və incəsənət sahəsindəki əməkdaşlığa uyğun olaraq qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri qarşılıqlı səfərlər edirlər.
04 mart 2016-cı il tarixdə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Ko Obata Mədəniyyət və Məlumat məsələləri şöbəsinin xətti ilə İsmayıllıya səfər edib. Uşaq kitabxanasında məktəblilərlə görüşən Ko Obata Yaponiya animasiyasını film nümayişi vasitəsilə təqdim edib. Yaponiyanın təhsil sistemi haqqındakı maraqlı təqdimat bir saata qədər davam edib.
Hər iki sahəyə böyük maraq göstərən İsmayıllı şagirdləri maraqlı, düşündürücü suallarla dialoq formasinda keçirilən müzakirələrdə fəal iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının ictimai –siyasi və və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova təqdimatlarda iştirak edib.
Ko Obata göstərdiyi köməyə, yaratdığı şəraitə görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, əməkdaşlığın davamlı olacağını bildirib.
teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.