Cavid Qurbanovun müavini işdən çıxarıldı

4-03-2016, 20:52           
Cavid Qurbanovun müavini işdən çıxarıldı
Etibar Niftəliyev Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Zaman Novruzov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini vəzifəsindən çıxarılmışdı. Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini təyin olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru