Aslan İsmayılov: Hacıbala Abutalıbov kimi birisinin Bakı meri olması artıq bizim hər birimiz üçün təhqirdir

29-03-2016, 22:18           
Aslan İsmayılov: Hacıbala Abutalıbov kimi birisinin Bakı meri olması artıq bizim hər birimiz üçün təhqirdir
Bu gün Bakıya təbiətin nuru sayılan yağış yağdı. Yağış hamıya aydınlıq, təmizlik gətirir. Ancaq bizim analoqu olmayan Bakımızın yağışı da deyəsən rəqabət tanımır
Bakının bütün rayonları, xüsusilə Sabunçu və Binəqədi rayonlarının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə dayanmadan fotolar, videolar paylaşırlar. Vəziyyət o qədər acınacaqlıdır ki, artıq insanlar bu biabırçılığa gülərək tamaşa edirlər. Axı son illər ərzində ölkə infrastrukturasına demirəm, təkcə Bakının kanalizasiya, su xəttləri sisteminə, yollar çəkilməsinə milyardlar ayrılıb. Yəqin ki, həmin proyektlərdə yağış sularının asfaltdan kanalizasiya xəttinə axmasını təmin etmək üçün də pullar silinib. Bu yeyintiyə görə kim hesab verəcək? Yoxsa düşünürsüz ki, bunu Sizə keçəcəklər?

Çox uzatmaq fikrində deyiləm, ancaq 16 ildir ki, Hacıbala Abutalıbov kimi birisinin Bakı meri olması artıq bizim hər birimiz üçün təhqirdir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.