DSX-də təşviş - Elçin Quliyevin 4 generalı “vuruldu“

29-03-2016, 23:51           
DSX-də təşviş - Elçin Quliyevin 4 generalı “vuruldu“
Azərbaycan Dövlət Sərhəd Xidmətində ciddi qanun pozuntuları aşkarlanıb.

AzNews.az-a daxil olan xəbərə görə, son bir neçə gün ərzində, DSX-də yoxlamalar aparılıb. Yoxlamalar zamanı qurumda ciddi qanun pozuntularına yol verildiyi məlum olub.

Məlumata görə, yoxlamalardan sonra Dövlət Sərhəd Xidmətinin 4 generalı sərəncama götürülüb. Onlar İlham Mehdiyev, Ehram Hacıyev, Cavid Qurbanov və kadrlar şöbəsinin rəisi Elçin İbrahimovdur.

Onu da bildirək ki, qanun pozuntularıyla bağlı DSX-də təşviş yaranıb. Xidmət rəisi Elçin Quliyevin daha bir neçə nəfəri işdən çıxaracağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru