Ermənistan mediası ordumuzun məhv etdiyi hərbçilərin fotolarını yaydı
12-01-2022, 12:20

Ermənistan mediası dünən Azərbaycanla sərhəddə törədilən təxribatlara cavab olaraq məhv edilmiş erməni hərbçiləri haqqında məlumat yayıb. Teref.az AzVision.az-a istinadən xəbər verir ki, saytlar təxribatçıların şəkilini dərc edərək onlardan birinin hərbi xidmətə bir ildir ki, başladığını yazıb.
- Verin Şorjda ölən kiçik serjant Rudik Qaribyandır. O, Alaverdidən idi. 14 fevral 2021-ci ildə orduya çağırılıb.
Digər hərbçi isə Gümrüdən olan Artur Mxitaryandır.

Ermənistan mediası ordumuzun məhv etdiyi hərbçilərin
Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyi yanvarın 11-də daha bir erməni əsgərinin öldürülməsi barədə məlumat yayıb.
Məhv edilən əsgər 2003-cü il təvəllüdlü Vaqan Babayandır.
Xatırladaq ki, dünən Ermənistanın Müdafiə Nazirliyi sərhəddə iki əsgərin ölməsi və 5 nəfərin yaralanması barədə məlumat yaymışdı. Beləliklə, İrəvanın törətdiyi təxribat nəticəsində 3 nəfər - sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qaribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayan (2003-cü il təvəllüdlü) ölüb.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.