Avropa İttifaqı Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

12-01-2022, 12:51           
Avropa İttifaqı Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib
“Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir”. Teref.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviterdə yazıb.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusilə də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında iki ölkənin Müdafiə nazirlikləri arasında yaradılan qaynar xətdən tam istifadə edilməsi vacibdir”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru