Azərbaycanda meyitdən orqan köçürülməsinə Başlanılacaq

15-01-2022, 08:15           
Azərbaycanda meyitdən orqan köçürülməsinə Başlanılacaq
“Azərbaycanda bu il yanvarın 1-də meyitdən orqan köçürülməsinə dair qanun qüvvəyə minib. Qanundan irəli gələn məsələlərin həlli üçün etika komissiyası yaradılıb”.

Press.az xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda məsələnin sosial-hüquqi bazası yaradılır:

“Din xadimləri də artıq bu işə cəlb olunub. Yaxın zamanlarda bu baza yaradılacaq və sonra meyitdən orqan köçürülməsi aktiv sürətdə həyata keçiriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru