Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran” “Telegram” kanalı yayıb.
Bildirilib ki, 15 yanvar, şənbə günü “Kut Abdullah” bölgəsində fəhlələr öz haqlarını tələb etmək üçün etiraza qalxıblar.
Səlahiyyətli orqanlar onlarının tələblərini yerinə yetirmək əvəzinə, etirazçıları həbs etmək üçün polisə xəbər verib.
Fəhlələr bildirib ki, hökumət rəsmilərinin təbliğat şüarlarının əksinə olaraq, fəhlələrin süfrələri günü-gündən kiçilir və onların bir çoxu yoxsulluq həddinin altında yaşayır, ağır vəziyyətdən çıxmaq üçün bir neçə növbə işləmək, o cümlədən zibil toplamaq məcburiyyətində qalırlar.