Tonqada vulkan püskürməsi: Baş nazirdən xəbər yoxdur

16-01-2022, 14:29           
Tonqada vulkan püskürməsi:
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern vulkan püskürməsindən sonra sunaminin vurduğu ada ölkəsi Tonqa ilə əlaqə qura bilmədiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, Ardern Tonqada yaralanan və ölənlərlə bağlı əllərində heç bir məlumat olmadığını deyib.

O qeyd edib ki, mobil telefonlar işləmədiyi üçün Tonqa baş naziri ilə əlaqə saxlaya bilməyib.

"Yeni Zelandiya Müdafiə Qüvvələri və Xarici İşlər Nazirliyi ölkədə nəyə ehtiyac olduğunu və necə kömək edəcəyini müəyyənləşdirir. Əlaqə təmin etmək üçün sualtı kabelin təmiri ilə bağlı hər cür köməklik göstəriləcək. Bölgəyə getmək üçün gəmilərə ehtiyac ola bilər. Kömək etməyə hazırıq", - Ardern deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru