Velosipeddən yıxılıb öldü

17-01-2022, 00:00           
Velosipeddən yıxılıb öldü
Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yeni Suvagil kəndində baş verib.

Belə ki, Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq cərrahiyyə əməliyyatına qaldırılan M. Pirimov həkimlərin səyinə baxmayaraq əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru