ABŞ-da fövqəladə vəziyyət: 2000-dən çox uçuş ləğv edildi

17-01-2022, 10:27           
ABŞ-da fövqəladə vəziyyət:
ABŞ-da yanvarın 16-dan başlayan və paytaxt Vaşinqton da daxil olmaqla bir çox ştata təsir edəcəyi gözlənilən qar fırtınası səbəbindən 2280 uçuş ləğv edilib. Əlverişsiz hava şəraiti səbəbindən ən azı 221 min insanın işıqsız qaldığı açıqlanıb.

ABŞ Milli Meteorologiya Xidməti (NWS) bugünkü qar fırtınasının Şimali Karolina, Cənubi Karolina, Corciya və Virciniya başda olmaqla bir çox ştata təsir edəcəyini açıqlayıb. Sözügedən 4 ştatda fırtına öncəsi fövqəladə vəziyyət elan edilib.

Qar fırtınasının təsirli olacağı əyalətlərdə qarın qalınlığının 45 santimetrə çatacağı gözlənilir.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru