"F-35" qırıcısı təyyarə gəmisinə enməyə cəhd edərkən qəzaya uğrayıb 25-01-2022, 10:23 ABŞ-ın "F-35" qırıcısı "USS Carl Vinson" təyyarədaşıyan gəmisinə enməyə cəhd edərkən Cənubi Çin dənizində qəzaya uğrayıb.Trend-in məlumatına görə, bu barədə ABŞ Sakit Okean Donanmasının mətbuat xidməti öz saytında bildirib.Məlumata əsasən, hadisə nəticəsində 7 dənizçi yaralanıb. Bildirilib ki, xəsarət alanlardan üçü Filippindəki xəstəxanaya çatdırılıb.Qırıcı pilotun katapultasiya olunduğu bildirilib. Onun vəziyyət stabildir. Facebook-da paylaş