Maqsud Mahmudovdan XƏBƏR VAR: istintaqı başa çatıb... - 90 nəfər zərərçəkən şəxs tanınıb

26-01-2022, 11:45           
Maqsud Mahmudovdan XƏBƏR VAR: istintaqı başa çatıb... -
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Teref.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçümn Bakı Ağır Cinayətlər Məhkəməsinmə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə 90 nəfər zərərçəkən şəxs qismində tanınır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən il iyul ayında Ukrayna ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru