Hindistanda dəmir yolunda işə alınmayan tələbələr qatarları yandırıb daşladılar - VİDEO
27-01-2022, 09:33
Hindistanın Bihar əyalətində tələbələr dəmiryolu idarəsinin işə qəbul imtahanında qanun pozuntusuna yol verdiyini iddia ediblər.
Bu səbəbdən bir sərnişin qatarını yandıran tələbələr digərinə daşla hücum ediblər.
Əyalətdəki dəmiryolu stansiyasında hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar qatar relsləri üzərində oturaraq hərəkətin dayanmasına səbəb olublar. Nümayişçilərə müdaxilə edən polis kütləni dağıtmaq üçün havaya atəş açıb.
Yerli hökumət etirazlardan sonra imtahanları dayandırıb və şikayətlərə baxmaq üçün komissiya yaradıldığını elan edib.