"Aztelekom" və "Baktelekom" yaxın günlərdə birləşdiriləcək" - RƏSMİ AÇIQLAMA

27-01-2022, 11:48           
"Aztelekom" və "Baktelekom" yaxın günlərdə birləşdiriləcək" - RƏSMİ AÇIQLAMA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Baktelekom" MMC-lər yaxın günlərdə birləşdiriləcək.

Teref.az "Report"a istinadən xəbər verir ki, bunu nazir müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

"Biz keçən il nazirliyə məxsus "Azərmarka" MMC-ni ləğv edib, "Azərpoçt" MMC-yə birləşdirdik. Bu birləşmə ilə həmin sahədə səmərəli fəaliyyətə şərait yaradacaq. Məlumat Hesablama Mərkəzi ilə "Azintelekom" MMC-nin birləşdirilməsi də oxşar, yaxın funksiyalar yerinə yetirən qurumların bir qurum kimi fəaliyyət göstərməsinə şərait yaradacaq", - deyə o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru