"Hafka" həbs xəbərindən danışdı: “652 MİN MANAT ÖDƏDİM...”

27-01-2022, 12:02           
"Hafka" həbs xəbərindən danışdı:
Məşhur iş adamı, "Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun saxlanılması barədə yayılan xəbərə münasibət bildirib.

Qafqaz.media-nın məlumatına görə, Hafiz Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, saxlanılması ilə bağlı məlumat həqiqətəuyğun deyil:

"Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov vurğulayıb ki, indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

Qeyd edək ki, "Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun saxlanılması ilə bağlı məlumatı Moderator.az yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru