Ukraynada 5 hərbçini qətlə yetirən əsgər saxlanıldı - YENİLƏNİB 27-01-2022, 12:07 Ukraynanın Dnepr şəhərində 5 hərbçini qətlə yetiurən Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk saxlanılıb. Bu barədə "RİA Novosti" məlumat yayıb.***10:09Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb.Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.Hadisə yanvarın 27-də səhər 5 radələrində qarovul otağında baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb.A.Ryabçuk orduda müddətdən artıq həqiqi xidmət hərbi qulluqçu kimi xidmət edirmiş. Atəş açan zaman onun 7 minə yaxın gülləsi olub.Hadisə zamanı otaqda ümumilikdə 22-yə yaxın hərbçi olub.A.Ryabçuk olaydan sonra qaçıb. Onun tutulması üçün axtarış-əməliyyat tədbirləri keçirilir.Hadisənin başvermə səbəbləri məlum deyil. Facebook-da paylaş