Qarabağda döyüşdən imtina etmiş erməni polkovnikə qarşı cinayət işi açılıb

27-01-2022, 14:55           
Qarabağda döyüşdən imtina etmiş erməni polkovnikə qarşı cinayət işi açılıb
Ermənistanda keçmiş qondarma rejimin zabitinə qarşı cinayət işi açılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, "Müdafiə ordusu"nda komandir olmuş polkovnik V.İ. Ermənistan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub.

- İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə yüksək rütbəli zabit barəsində Cinayət Məcəlləsinin 364-cü maddəsinin 3-cü bəndi (hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma) və 376-cı maddəsinin 1-ci bəndi ilə iş başlanıb. İstintaq müəyyən edib ki, 2020-ci il oktyabrın 10-13-də Qarabağda gedən döyüşlər zamanı polkovnik alay komandiri vəzifəsini yerinə yetirməkdən imtina edib. Bu isə alayın fəaliyyətinin dayandırılmasına səbəb olub,-yerli media yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru