AZƏRBAYCANDA KORONAVİRUSLA BAĞLI VƏZİYYƏT PİSLƏŞİR: yoluxma sayı kəskin artdı

27-01-2022, 17:53           
AZƏRBAYCANDA KORONAVİRUSLA BAĞLI VƏZİYYƏT PİSLƏŞİR:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib. 14 663 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, bu günə qədər isə ümumilikdə 6 107 416 test icra olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru