Rusiyanın Maqadan şəhərində itlərə görə fövqəladə vəziyyət elan edildi

28-01-2022, 09:06           
Rusiyanın Maqadan şəhərində itlərə görə fövqəladə vəziyyət elan edildi
Rusiyanın Maqadan şəhərində küçə itlərinə görə fövqəladə vəziyyət elan olunub.

Bu barədə yerli administrasiyanın saytında məlumat verilib.

“Sahibsiz itlərlə nə etmək lazımdır, təəssüf ki, məsələ həll olunmamış qalır. Bildiyiniz kimi, küçə itləri yarı vəhşi heyvanlardır, bir neçə nəsil küçədə doğulmuş və insanlardan yalnız qida bazası kimi istifadə etməyə öyrəşmiş sinantrop yırtıcılardır”, - deyə Maqadan meri Yuriy Qrişan bildirib.

Həmçinin it saxlayan sakinlərə müraciət edilərək ev heyvanlarını nəzarətsiz Maqadan küçələrinə buraxılmaması istənilib.

Fövqəladə vəziyyətin müddəti açıqlanmayıb.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru