Güclü vulkan püskürməsi olan adada 6,2 bal gücündə zəlzə baş verib
28-01-2022, 09:35
Tonqa adasının Pangay şəhərinin təxminən 219 km qarb-şimal qərbində 6,2 bal gücündə zəlzələ meydana gəlib.
Bu barədə ABŞ Geoloji Araşdırmalar İdarəsi bildirib. Seysmoloqların məlumatına görə, zəlzələ 14,5 km dərinlikdə baş verib.
İtki və təlafatlar barədə məlumat verilmir.
Qeyd edək ki, Sakit okeanda eyni adlı arxipelaqa daxil olan adada yanvarın 14-də baş verən sualtı vulkan püskürməsi ölkədə böyük dağıntıya səbəb olmuşdu.