İran İslam Respublikasının banisi Ruhullah Xomeyninin İsfahan əyalətinin Ərdistan bölgəsindəki mərkəzi küçədə qoyulmuş heykəli naməlum şəxs tərəfindən dağıdılıb.
Qafqaz.media xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat paylaşıb.
Videogörüntülərdə ətraf ərazidə Xomeyninin adı yazılmış lövhələrin də sındırıldığı əks olunub.