Qar təmizləyən texnika ağır qəzaya səbəb oldu - VİDEO

29-01-2022, 10:08           
Qar təmizləyən texnika ağır qəzaya səbəb oldu - VİDEO
ABŞ-ın Ohayo ştatında yolların qardan təmizlənməsi zamanı ağır qəza baş verib.

Belə ki, xüsusi texnika qarı yığaraq qarşıdan gələn hərəkət zolağına atıb və nəticədə avtomobillər idarəetməni itirərək yoldan çıxıb.

Ümumilikdə 40 avtomobilə ziyan dəydiyi, 12 nəfərin xəsarət aldığı qeyd olunur.

Qar təmizləyən texnikanın sürücüsü saxlanılıb. Onun spirtli içkinin təsiri altında olub-olmadığı araşdırılır.


Mənbə: Wtkr.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.