72 il qanunsuz maşın sürdü, 84 yaşında yaxalandı

29-01-2022, 10:53           
72 il qanunsuz maşın sürdü, 84 yaşında yaxalandı
İngiltərənin Nottingem ştatının Bulvell şəhərində patrul polisi tərəfindən keçirilən reyd zamanı 84 yaşlı kişinin sürücülük vəsiqəsi olmadığı üzə çıxıb.

Teref.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, adı açıqlanmayan, 1938-ci il təvəllüdlü şəxs 12 yaşından sürücülük vəsiqəsi olmadan maşın sürdüyünü etiraf edib.

Polisin yaydığı məlumata görə, saxlanılan sürücü avtomobili qanunsuz idarə etsə də, heç vaxt qəza törətməyib və ya tutulmayıb.

Polis 72 il sürücülük vəsiqəsi olmadan maşın sürən yaşlı kişini avtomatik nömrə tanıma sisteminin xəbərdarlıq siqnalı verməsindən sonra saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru