İranda molla yenə sərsəmlədi VİDEO

29-01-2022, 12:35           
İranda molla yenə sərsəmlədi VİDEO
İranlı mollalardan biri yenə sərsəm açıqlaması ilə gündəmə gəlib.

Milli.Az bildirir ki, o, moizə zamanı "kişilərdən xanımlara qan köçürülərkən bu qan qadınlarda şəhvətin yaranmasına səbəb olduğunu" deyib.

Molla daha sonra deyib: "Bir insandan digərinə qan köçürülərkən qanın kimə məxsus olduğunu bilmirsiniz. Bu qanlar əsasən kişilərə məxsus olur və onlar hansı əxlaqi keyfiyyətlərə sahib olurlar? Şəhvətpərəstlik və haram əməllərin ardınca getmək".

Həmin molladan soruşmaq lazımdır ki, görəsən qan bağışlayanların şəhvətpərəst və haram əməllərə can atan insanlar olduğunu haradan bilib?

İranda vaxtaşırı belə savadsız mollalar qəribə və məntiqsiz açıqlamaları ilə insanları dindən uzaqlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru