Sərnişindən maska taxmaq istənildi, lüt soyundu

29-01-2022, 17:38           
Sərnişindən maska taxmaq istənildi, lüt soyundu
Qalueydən (İrlandiya) Nyu-Yorka uçan "Delta" aviaşirkətə məxsus təyyarənin göyərtəsində sərnişin dava salıb.

Milli.Az lent.az-a istinadla məlumatına görə, 29 yaşlı Şeyn Makinerni stüardessanın qoruyucu maska taxmaq tələbinə cavab olaraq nalayiq davranmağa başlayıb. Belə ki, kişi lüt soyunub, həm də onu sakitləşdirməyə çalışan yol yoldaşlarını ələ salıb.

Hadisə şahidlərinin sözlərinə görə, Makinerni sərnişinlərdən birinin başına boş içki qabı atıb, bundan sonra o, biznes-klassa keçib və burada ekonom sinifdə yeməkdən narazılığını kobud şəkildə ifadə etməyə başlayıb.

Qeyd olunur ki, irlandiyalının hərəkətləri digər insanların təhlükəsizliyini təhdid etdiyi üçün təyyarənin kapitanı ən yaxın hava limanına təcili eniş etmək imkanını nəzərdən keçirib.

Məlumata görə, dava edəni uçuş heyətinin vəzifələrini yerinə yetirməsinə mane olmaq, habelə aviaşirkətin işçilərinə qəsdən hücum etmək və onları qorxutmaq ittihamı ilə 20 ilə qədər həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru