Rusiya qırıcısı sürət yığdı, amma havaya qalxa bilmədi, ikiyə bölündü FOTO

30-01-2022, 11:50           
Rusiya qırıcısı sürət yığdı, amma havaya qalxa bilmədi, ikiyə bölündü FOTO
Ötən gün yanvarın 29-da Rusiyanın Novqorod vilayətində MiQ-31 qırıcısı qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib, insident zamanı xəsarət alan olmadığını bildirib və baş verənləri “qəza” adlandırmayıb. Qeyd olunub ki, təyyarə sadəcə olaraq havaya qalxarkən uçuç-enmə zolağından kənara çıxıb. Heyət zərər çəkməyib.

Lakin sosial şəbəkələrdə yayılan fotoya əsasən qırıcı ikiyə bölünüb, onun kabinə hissəsi əsas korpusdan ayrılıb. Bu kadra əsasən mütəxəssislər ehtimal ediblər ki, qırıcı havaya qalxmaq üçün sürət yığıb, lakin uçuş-enmə zolağının sonuna çatanda hansısa səbəblərdən havaya qalxa bilməyib və zolaqdan kənara çıxaraq qar yığını ilə toqquşub. Zərbədən təyyarə parçalanıb. Heyət üzvləri təsadüf nəticəsində sağ qalıb.

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələrinin MiQ-31 qırıcıları “Kinjal” (“Xəncər”) hipersəs sürətli “hava-yer” raketləri ilə təchiz olunub.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru