"Taliban" kənd təsərrüfatı nazirinin müavinini Əfqanıstanın baş prokuroru təyin edib

30-01-2022, 17:48           
"Taliban" kənd təsərrüfatı nazirinin müavinini Əfqanıstanın baş prokuroru təyin edib
"Taliban" kənd təsərrüfatı, suvarma və heyvandarlıq nazirinin müavini Şəmsuddin Şəriətini ölkənin baş prokuroru təyin edib.

"Report" xəbər verir ki, bu barədə "Ariana News" məlumat yayıb.

Müvəqqəti hökumətin informasiya və mədəniyyət nazirinin ikinci müavini İnamullah Samanqani bildirib ki, Şəriəti Bədəxşan vilayətindəndir. Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə başlamazdan əvvəl o, Paktiya və Maydan Vardak əyalətlərində qubernator işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru