Moskvada 22-ci mərtəbədən yıxılan məktəbli qız sağ qaldı - VİDEO 31-01-2022, 02:14 Moskvada Zaqoryevskaya küçəsində yerləşən hündürmərtəbəli binada yeniyetmələrin içki məclisində bədbəxt hadisə baş verib.Onlardan bir qrupu eyvanda olarkən səkkizinci sinif şagirdi olan qız içkinin təsiri alrtında müvazinətini itirərək 22-ci mərtəbədən yerə yıxılıb.Xoşbəxtlikdən 14 yaşlı qız sağ qalıb və hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.Ona beyin silkələnməsi, qapalı kəllə-beyin travması, həmçinin qarın nahiyəsinin zədələnməsi kimi çoxsaylı diaqnozlar qoyulub.İlkin məlumata görə, qızı ölümdən binanın önünə yığılmış qar topası xilas edib.Mənbə: “RİA Novosti” Facebook-da paylaş