Özbəkistanda ana qızını zooparkda ayı olan yerə atıb - VİDEO

31-01-2022, 02:17           
Özbəkistanda ana qızını zooparkda ayı olan yerə atıb - VİDEO
Özbəkistanın paytaxtı Daşkənddə yerləşən zooparkda ana qızını ayı olan yerə atıb.

Trend-in məlumatına görə, hadisə yanvarın 28-i yerli vaxtla saat 12:00 radələrində baş verib. Ziyarətçilər və zooparkın əməkdaşları onun qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər və uşaq beş metr hündürlükdən ayının yanına düşüb.

Ayı yerə düşən qıza yavaş-yavaş yaxınlaşıb, onu iyləyib və daha sonra uzaqlaşıb. Bundan sonra zoopark işçiləri ayını qapalı yerə salaraq içəri daxil olublar və uşağı oradan çıxararaq müayinə üçün həkimlərə veriblər.

Həkimlər qızın yırtıcı heyvanın dişlərindən deyil, yalnız hündürlükdən yıxılaraq zərər çəkdiyini bildiriblər və ilkin müayinə zamanı yüngül zədələr xaricində heç bir gözə çarpan ciddi xəsarət olmadığını müəyyən ediblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəbini öyrənməyə çalışırlar. Uşaq həkim nəzarətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru