Moskva sakinlərinə “Nadya” xəbərdarlığı: Ölümcül ola bilər!

31-01-2022, 08:57           
Moskva sakinlərinə “Nadya” xəbərdarlığı:
Qərbdən Rusiyanın Avropa hissəsinə güclü siklon hərəkət edir.

Onun gəlişi ilə sinoptiklər hava şəraitinin əhəmiyyətli dərəcədə pisləşəcəyini gözləyirlər. Belə ki, Avropada “Nadya” adlı qasırğa artıq böyük dağıntılara və hətta insan tələfatına səbəb olub.
Məsələn, Almaniyanın Belitz qəsəbəsində yoldan keçən bir nəfər üzərinə aşan reklam lövhəsinin altında qalaraq ölüb.

Bremendə isə ağacın aşması nəticəsində bir nəfər yaralanıb.

Hamburqda güclü fırtına şəhərin bir sıra ərazilərində daşqınlara səbəb olub.

Berlində isə ağacların ictimai nəqliyyat xətləri üzərinə aşması səbəbindən fövqəladə vəziyyət elan edilib.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru