Bakı-Sumqayıt qatarında unudulan notbukun yeni “sahib”i kameralara düşdü - VİDEO

31-01-2022, 11:57           
Bakı-Sumqayıt qatarında unudulan notbukun yeni “sahib”i kameralara düşdü - VİDEO
Bakı-Sumqayıt elektrik qatarında itən kompüter axtarılır.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə kompüterin sahibi paylaşıb.

Paylaşımda qeyd edilir ki, sərnişin Biləcəri stansiyasında düşən zaman kompüterini unudub.

Başqa bir sərnişin isə Sumqayıt stansiyasında düşən zaman kompüteri götürüb və gedib. Sahibi paylaşımda kompüterin içərisində onun işi ilə əlaqəli önəmli sənədlərin olduğunu diqqətə çatdıraraq, onun geri qaytarılmasını xahiş edir.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru