11-ci sinif şagirdi qəfil ölüb – Lənkəranda

31-01-2022, 11:55           
11-ci sinif şagirdi qəfil ölüb –
Lənkəranda 17 yaşlı oğlan ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Türkəkəran kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü, Elvar Fədail oğlu İbrahimzadə yaşadıqları evdə ölüb.

Yaxınlarının deməsinə görə, anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Onu oyatmağa çalışıb. Lakin Elvar qəfil dünyasını dəyişib.

O, ailədə iki oğlandan biri olub. 11-ci sinifdə oxuyan Elvarın əvvəllər səhətində hər hansı bir problemin olmadığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə yerləşdirilib. Müayinələrin ilkin nəticələrinə görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru