Azərbaycanlı iş adamına kələk gələn "qanuni oğru" SAXLANILDI - FOTO

1-02-2022, 13:11           
Azərbaycanlı iş adamına kələk gələn "qanuni oğru" SAXLANILDI - FOTO
Moskvada “Giya Sverdlovski” ləqəbli “qanuni oğru” Georgi Akoyev saxlanılıb.

Gundem.az-ın Rusiya KİV-ə istinadən məlumata görə, o, “Mosvda Dvoryanskoe qnezdo” restoranında keçirilən əməliyyat nəticəsində ələ keçib.

Xatırladaq ki, 47 yaşlı “Giya Sverdlovski” bir qədədr əvvəl Yekaterinburqda azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla (təxminən 1 milyon 100 min manat) satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi.

Bundan sonra iş adamı 6 kiloqram qızılı “qanuni oğruya” verib. Amma “Gia Sverdlovski” qızılı qaytarmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru