Azərbaycanda ŞOK GÖRÜNTÜLƏR - Dayə uşağa şpritslə işgəncə verdi - VİDEO

1-02-2022, 17:55           
Azərbaycanda ŞOK GÖRÜNTÜLƏR -
Bakının Yasamal rayonunda dayə azyaşlı uşağa valideynin icazəsi olmadan iynə vurub.

Bu barədə vətəndaş İradə Bağırova BAKU.WS-in “qaynar xətti”nə şikayətində bildirib. Onun sözlərinə görə, dayə 3 yaşlı oğlan uşağına iynə vurub.

Hadisə evdə quraşdırılan müşahidə kamerasına düşüb. Videodan da göründüyü kimi dayə uşaq yatmadığına görə sakitləşdirici iynə vurub.

Uşaq sonradan bu barədə valideynlərinə deyəndən sonra videoya baxıblar.

“Dayənin 10 il iş təcrübəsi var. Ondan soruşanda ki, niyə belə edib, dedi, uşaq yatmadığına görə ona iynə vurub. Mən ona dedim ki, "sənin bu əməlin barədə polisə şikayət edəcəyəm”, - deyə İradə Bağırova bildirib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, bununla bağlı müraciət olunacağı təqdirdə araşdırma aparıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru