Ata azyaşlı qızının olduğu evi yandırdı - ANBAAN VİDEO

1-02-2022, 18:09           
Ata azyaşlı qızının olduğu evi yandırdı - ANBAAN VİDEO
Türkiyənin Adana şəhərindəki binalardan birində yanğın baş verib.

BAKU.WS xəbər verir ki, səhər saatlarında Seyhan adlı ərazidəki binanın 6-cı mərtəbəsində yaşayan Ahmet həyat yoldaşı Pınar Kayadelenlə mübahisə etməyə başlayıb. Böyüyən mübahisə davaya çevrilib.

Həyat yoldaşına bərk qəzəblənən Ahmet qaldıqları evə od vuraraq qaçmaq istəyib. Ana və azyşalı övladı yanan mənzilin içində qalıblar. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ananı və qızı xilas edərək, alovu söndürüblər.

Bundan sonra polis qaçmağa çalışan Ahmeti tutaraq həbs edib. Həmin vaxt mübahisəli tərəflərin qohumları da orada olub. Ahmetin qohumları onun həbs olunmasına etiraz ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru