Sükan arxasından əyləşən kişi onu təqib edən sürücüyə atəş açdı – ANBAAN VİDEO

2-02-2022, 09:36           
Sükan arxasından əyləşən kişi onu təqib edən sürücüyə atəş açdı – ANBAAN VİDEO
ABŞ-ın Florida ştatında sürücülərin bir-birinə yol vermək istəməməsi silahlı insidentlə bitib.

Nəticədə sürücülərdən biri digər sürücü tərəfindən təqib edildiyini əsas gətirərək qarşı tərəfə atəş açıb.

Polisə təslim olan şəxs yalnız özünü müdafiə etmək məqsədilə silaha əl atdığını və qarşı tərəfin də öz növbəsində silahdan istifadə etdiyini iddia edib.

Lakin polisin apardığı araşdırma nəticəsində silahın birtərəfli qaydada istifadə edildiyi üzə çıxıb.

Sükan arxasından əyləşərək silahdan istifadə edən sürücü saxlanılıb. Onu 15 ilə qədər həbs cəzası gözləyə bilər.


Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru