“Taliban” ilk dəfə olaraq qadını rəhbər vəzifəyə təyin etdi

2-02-2022, 12:06           
“Taliban” ilk dəfə olaraq qadını rəhbər vəzifəyə təyin etdi
“Taliban” Əfqanıstanda siyasi hakimiyyətə gələndən sonra ilk dəfə olaraq ölkədə qadınların rəhbər vəzifələrə təyin olunduğuna dair rəsmi açıqlama yayıb.

Açıqlama hərəkatın nümayəndəsi Zabihullah Mücahidin “Twitter” səhifəsində dərc edilib.

Belə ki, qadın həkimi olan Malalay Rəhim paytaxt Kabildə yerləşən ixtisaslaşmış doğum evinin direktoru vəzifəsinə, onun digər həmkarı, doktor Arian isə paytaxtdakı ginekoloji klinikanın direktoru təyin edilib.

Mənbə: Sputnik Əfqanıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru