Həkimdən uşaq sahibi olmaq istəyən qadınlara qarşı ŞOK ƏMƏL: Hamısının atası özüdür

2-02-2022, 18:34           
Həkimdən uşaq sahibi olmaq istəyən qadınlara qarşı ŞOK ƏMƏL: Hamısının atası özüdür
Hollandiyada böyük qalmaqalın üstü açılıb.

Qaynar.media “Mirror” qəzetinə istinadən xəbər verir ki, Cos Beek adlı kişi ginekoloq ona ana olmaq üçün müraciət edən qadınları arzusuna çatdırıb. Lakin o, donor kimi öz spermasından istifadə edib. Məlumata görə, suni yolla hamilə qalan qadınların bu hadisədən xəbəri olmayıb. Yerli mənbələr yazır ki, 1973-1986-cı illərdə həkim ginekoloq ona müraciət edən qadınların azı 21-nin uşağının atasıdır.
Hadisənin üstü bioloji ailələrini tapmağa dəstək verən “FİOM” fondunun uşaqlardan götürdüyü DNT analizləri zamanı üzə çıxıb. Həkim Cos Beekin doğma övladından götürülən nümunələrin üzləşdirilməsi nəticəsində məsələ təsdiqini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru