Rusiyada balıqçı gəmisi bir neçə dəqiqə ərzində batdı: Ölən və yaralanan var - VİDEO
3-02-2022, 08:00
Rusiyanın Primorsk diyarının Zarubino limanının yanalma körpüsündə “Akvanavt” adlı xərçəng balıqçı gəmisi batıb. Hadisə nəticəsində baş mexanik ölüb, kapitan hipotermiya ilə xəstəxanaya yerləşdirilib.
Nəqliyyat prokurorluğunun ilkin məlumatlarına görə, xərçəng balıqçısının göyərtəsində 16 ton yanacaq olub. Yanacağın dağılması barədə məlumat verilmir.
Gəminin sahibi 14 ekipaj üzvünün təxliyə edildiyini bildirib. “Akvanavt”ın bir neçə dəqiqə ərzində batdığı vurğulanır.