Qonşu ölkədə “omikron”un daha yoluxucu növü tapıldı

3-02-2022, 07:48           
Qonşu ölkədə “omikron”un daha yoluxucu növü tapıldı
Rusiyada koronavirusun “omikron” ştammının BA.2 alt növü aşkar edilib. Bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova COVID-19 ilə mübarizə üzrə koordinasiya şurasının iclasında bildirib.

O, yeni növün əsasən Moskvada, Mari El Respublikasında, Rostov vilayətində və Başqırdıstanda müşahidə edildiyini deyib.

Qurum rəhbərinin sözlərinə görə, bir neçə ölkədən alınan məlumatlar bu alt növün daha yüksək yoluxuculuğundan xəbər verir.

Qeyd edək ki, “Omikron” ştammı kimi tanınan B.1.1.529 koronavirus mutasiyası noyabrın sonunda Botsvana və Cənubi Afrikada tapılıb. Bu ştammın bir neçə alt növü var: BA.1, BA.1.1, BA.2 və BA.3. Elm adamları müəyyən ediblər ki, “omikron”un BA.2 alt növü orijinal BA.1 ştamından əhəmiyyətli dərəcədə daha yoluxucudur. Lakin vaksin virusun ötürülmə riskini azaldır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru