Britaniyada sərnişin təyyarəsi qəzadan son anda qurtuldu – ANBAAN VİDEO

3-02-2022, 09:03           
Britaniyada sərnişin təyyarəsi qəzadan son anda qurtuldu –
“British Airways” aviaşirkətinə məxsus təyyarə Londonun “Hitrou” hava limanına enərkən şiddətli fırtına səbəbindən aşma təhlükəsi ilə üzləşib.

Video hadisə şahidləri tərəfindən qeydə alınıb.

Sosial şəbəkələrdə yerləşdirilən kadrlarda saatda 144 kilometrə çatan güclü külək fonunda eniş edən sərnişin təyyarəsi əks olunub. Uçuş-enmə zolağına toxunan təyyarə o yan-bu yana yırğalandıqdan sonra yenidən havaya qalxmağa məcbur olub.

Video müəllifinin sözlərinə görə, əlverişsiz hava şəraitində uğursuz eniş faciəyə çevrilə bilərdi. Bu baxımdan təyyarə komandiri inanılmaz bacarıq nümayiş etdirib.

Ölkə mətbuatının məlumatın görə, son günlərdə Böyük Britaniyada birdən-birə iki fırtına - “Malik” və “Korri” qeydə alınıb. Nəticədə 30 minə yaxın insan işıqsız qalıb, məktəblərdə dərslər ləğv edilib.


Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru