Bakıda şok: sünnət zamanı cinsi orqanını kəsdi - Video

3-02-2022, 10:10           
Bakıda şok: sünnət zamanı cinsi orqanını kəsdi - Video
Bakıda sünnət zamanı iki yaşlı uşağın cinsiyyət orqanının yarısı kəsilib, daha sonra həkim başqa bir həkimə zəng edərək kömək istəyib.

Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Bakı xəstəxanalarının birində yaşanıb.

Bu səhvi edən şəxs ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimidir. Həmin həkim etdiyi səhvlə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib.

Cərrah deyir ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində belə lazerlə sünnət anlayışı yoxdur.

Toğrul Ömərov deyir ki, bütün ixtisaslardan olan həkimlər, məsələn, ginekoloq, travmatoloq, hətta kardioloq belə sünnət edir. Bunun isə ağır fəsadları olur.

Valideynlər “həkimdir” deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru