Aralıq dənizində 5,1 bal gücündə zəlzələ olub

3-02-2022, 08:25           
Aralıq dənizində 5,1 bal gücündə zəlzələ olub
Aralıq dənizində 5,1 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyənin Antalya vilayətinin Gazipaşa rayonuna yaxın bölgədə meydana gəlib.

Zəlzələnin ocağı dənizin 13 kilometr dərinliyindədir.

AFAD hələ ki, zəlzələ ilə bağlı heç bir mənfi məlumatın olmadığını, hadisələrin izləndiyini açıqlayıb.

Günel Məlikova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru