BƏƏ səmasında daha 3 ədəd PUA məhv edilib

3-02-2022, 09:39           
BƏƏ səmasında daha 3 ədəd PUA məhv edilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi Əbu-Dabidə mülki obyektləri hədəf alan daha üç PUA-nın məhv edildiyi barədə məlumat yayıb.

AZƏRTAC rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, BƏƏ hava hücumundan müdafiə qüvvələrinin məhv etdiyi dronların qalıqları qeyri-yaşayış sahəsinə düşüb və hər hansı tələfat və dağıntı yoxdur. PUA-ların hansı ərazidən və kimlər tərəfindən buraxıldığı barədə məlumat verilməyib.

Yəməndəki husi qiyamçıların BƏƏ ərazisinə raket və dron hücumlarının davam edəcəyi təhdidindən sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin Əbu-Dabi sahillərinə hərbi gəmi və ballistik raketlər əleyhinə yer-səma raket sisteminin göndərilməsi barədə təlimat verib. Pentaqonun bu addımı, həmçinin BƏƏ ərazisindəki ABŞ hərbi personalının qorunması məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru