Beynəlxalq Kosmik Stansiya Sakit Okeanda batıralacaq

3-02-2022, 11:45           
Beynəlxalq Kosmik Stansiya Sakit Okeanda batıralacaq
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyada (BKS) 2030-cu ilə qədər fəaliyyətini davam etdirmək niyyətindədir. Bu barədə CNN məlumat yayıb.

Bundan sonra stansiyanın okeanın qurudan ən uzaq yeri olan Point Nemoda su altında batırılması planlaşdırılır. Telekanalın məlumatına görə, kosmik gəmi məzarlığı kimi tanınan ərazi Yeni Zelandiyanın şərq sahilindən 4828 kilometr, Antarktidadan isə 3218 kilometr şimalda yerləşir. 1971-ci ildən bəri ABŞ, Rusiya, Yaponiya və bir sıra Avropa ölkələrinin əraziyə 263-dən çox kosmik tullantı atdığı təxmin edilir.

NASA-nın hesabatından göründüyü kimi, obyektin istismardan çıxarılması 2031-ci ilin yanvarında baş verəcək.

2021-ci ilin dekabrında NASA rəhbəri Bill Nelson ABŞ prezidenti Co Baydenin BKS-nin “ömrünü” 2030-cu ilə qədər uzatmaq qərarını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru